"The Wall Street Journal" (WSJ) qəzetinin öz mənbələrinə istinadən yaydığı məlumata görə, regionda xidmət edən ABŞ hərbçilərinin həlak olacağı təqdirdə, rəsmi Vaşinqton İrana qarşı irimiqyaslı hərbi əməliyyatları bərpa edə bilər.
Bizim.Media xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın qapalı iclasda köməkçilərinə bu xəbərdarlığı etdiyi bildirilir.
Nəşrin təhlilinə görə, Trampın bu yanaşması Ağ Evin Yaxın Şərqdə böyük bir müharibədən qaçmaq üçün müvəqqəti olaraq "strateji səbir" nümayiş etdirdiyini göstərir.
ABŞ rəhbərliyi qlobal münaqişəyə cəlb olunmamaq naminə həftələrlə, yaxud aylarla davam edə biləcək kiçikmiqyaslı regional toqquşmalara dözməyə hazırdır.
Lakin amerikalı əsgərlərin həyatını itirməsi Vaşinqton üçün əsas "qırmızı xətt"dir və bu baş verərsə, İrana qarşı birbaşa və tammiqyaslı hərbi cavab addımları atılacaq.

Bizim.Media

- A-
- A
- A+
Dünya
10:36 / 04.06.2026
Trampın İrana qarşı "qırmızı xətti" məlum oldu: Müharibə başlaya bilər – FOTO
Hazırda oxunan: Trampın İrana qarşı "qırmızı xətti" məlum oldu: Müharibə başlaya bilər – FOTO
Hazırda oxunan: Trampın İrana qarşı "qırmızı xətti" məlum oldu: Müharibə başlaya bilər – FOTO
617128
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































