ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyata başlamaqla İsraili potensial məhvdən xilas etdiyini bildirib.
Bizim.Media xəbər verir ki, Donald Tramp bu barədə “New York Post” qəzetinə müsahibəsində deyib.
“Mən olmasaydım, İsrail artıq mövcud deyildi”, - deyə Birləşmiş Ştatların dövlət başçısı vurğulayıb.
ABŞ-nin bu münaqişəyə İsrail tərəfindən cəlb edilməsi ilə bağlı iddiaları rədd edən Ağ Evin rəhbəri İrana qarşı hərbi əməliyyata başlamaq qərarını şəxsən özü verdiyini açıqlayıb.
“Bu qərarı mən verdim, çünki biz Tehranın nüvə silahına sahib olmasına imkan verə bilməzdik”, - deyə Donald Tramp bildirib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
15:49 / 03.06.2026
Tramp: “Mən olmasaydım, İsrail mövcud olmazdı” – VİDEO
Hazırda oxunan: Tramp: “Mən olmasaydım, İsrail mövcud olmazdı” – VİDEO
Hazırda oxunan: Tramp: “Mən olmasaydım, İsrail mövcud olmazdı” – VİDEO
616981
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































