Parisdə azarkeşlərlə polis arasında güclü toqquşma yaşanıb - VİDEO

Parisdə azarkeşlərlə polis arasında güclü toqquşma yaşanıb - VİDEO

Hazırda oxunan: Parisdə azarkeşlərlə polis arasında güclü toqquşma yaşanıb - VİDEO

616281

Parisdə "PSJ" klubunun azarkeşləri ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaşanıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Life" nəşri "SHOT" Telegram kanalına istinadən məlumat yayıb.

Toqquşmalar "PSJ"nin "Arsenal" ilə qarşılaşdığı Çempionlar Liqasının final oyununun start fiti çalındıqdan qısa müddət sonra qeydə alınıb. Azarkeşlər təhlükəsizlik qüvvələrinə tərəf fişənglər atmağa və daşlar tullamağa, asayiş keşikçiləri isə cavab olaraq gözyaşardıcı qazlardan istifadə etməyə başlayıblar.

Qeyd edək ki, oyun Budapeştdəki "Ferents Puşkaş" stadionunda keçirilib. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Oyunda hesabı 6-cı dəqiqədə "Arsenal"ın oyunçusu Kay Haverts açıb.

"PSJ" isə 65-ci dəqiqədə Usman Dembelenin penaltini dəqiq yerinə yetirməsi ilə tarazlığı bərpa edə bilib.

 

 


Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO