ABŞ ordusu İranla danışıqlar Tehranın nüvə silahı əldə etməsinə mane olan razılaşma ilə başa çatmasa, ona qarşı hərbi əməliyyatları bərpa etməyə hazırdır.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Heqset çərşənbə günü ABŞ Prezidenti Donald Tramp və onun administrasiyasının üzvləri arasında keçirilən görüşdə bildirib.
ABŞ-ın blokadasının İran limanlarına və iqtisadiyyatına ciddi zərbə vurduğunu qeyd edən Pentaqon rəhbəri hərbi təzyiqin Tehranı danışıqlar masasına oturtmağa məcbur etdiyini vurğulayıb.
Bizim.Media







































































































