Almaniya Xarici İşlər Nazirliyi İsrail hakimiyyətindən "Sumud" flotiliyasının fəallarına xəsarət yetirilməsi ilə bağlı vəziyyətə aydınlıq gətirilməsini tələb edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Bild" qəzeti yazır.
Məlumata görə, səkkiz Almaniya vətəndaşı İsraili tərk edərək İstanbula gəlib. Bir nəfər xəstəxanaya yerləşdirilib, daha sonra isə digər bir neçə nəfərə də həkim yardımı lazım olub.
Jurnalistlərin araşdırmasına görə, bu şəxslər İsraildə saxlanılarkən sümük sınıqları kimi ciddi xəsarətlər alıblar. Hətta rezin güllələr kimi bədənə birbaşa təsir edən silahlardan istifadə olunduğu ehtimal edilir.
Bildirilir ki, hətta Almaniya Xarici İşlər Nazirliyinin İsraildəki nümayəndələrinə öz vətəndaşlarına baş çəkməyə icazə verilməyib.
Almaniya Xarici İşlər Nazirliyi bəzi alman donanma üzvlərinin yaralandığını təsdiqləsə də, lakin təfərrüatlar məlum deyil.
Bizim.Media

- A-
- A
- A+
Dünya
00:18 / 23.05.2026
Almaniya İsraildən izahat tələb etdi – donanmadakı vətəndaşlarına görə...
Hazırda oxunan: Almaniya İsraildən izahat tələb etdi – donanmadakı vətəndaşlarına görə...
Hazırda oxunan: Almaniya İsraildən izahat tələb etdi – donanmadakı vətəndaşlarına görə...
614903
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































