Seneqal Qərbi homoseksuallığı məcbur etməkdə İTTİHAM ETDİ

Seneqal Qərbi homoseksuallığı məcbur etməkdə İTTİHAM ETDİ

Hazırda oxunan: Seneqal Qərbi homoseksuallığı məcbur etməkdə İTTİHAM ETDİ

614887

Seneqalın baş naziri Usman Sonko cümə günü "homoseksuallığı qəbul etdirməyə çalışan Qərb tiraniyasını" pisləyib.

Bizim.Media xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Nəşrin yazdığına görə, bu bəyanat eynicinsli münasibətlərə görə cəzaları sərtləşdirən yeni qanunun qəbulundan bir neçə həftə sonra elan edilib.

Milli Assambleyada çoxluğa sahib olan "Pastef" partiyasının rəhbəri Sonko bildirib:

"Bu, bir növ tiraniyadır. Dünyada bəlkə də səkkiz milyard insan var. Onların səksən faizi və ya daha çoxu bunu (homoseksuallığı) istəmir. Heç bir ərəb və ya Afrika ölkəsi bizi tənqid etməyəcək, lakin Qərb adlanan bir nüvə var... hansı ki, bunu dünyanın qalan hissəsinə qəbul etdirmək istəyir.

Onların imkanları olduğuna və kütləvi informasiya vasitələrinə nəzarət etdiklərinə görə öz diktələrini yürütmək istəyirlər. Suveren Seneqal xalqı bu cür təcrübələrin burada, Seneqalda olmasını istəmir".

Məlumatda vurğulanıb ki, son illər əhalisinin əksəriyyəti müsəlman olan Seneqalda LGBT ilə bağlı məsələlər geniş mübahisələrə səbəb olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO