Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri İran tərəfindən buraxıldığı bildirilən üç hücum dronunu ələ keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi məlumat yayıb.
Açıqlamada deyilir: “Səudiyyə Ərəbistanının hava məkanına daxil olduqdan sonra üç dron ələ keçirilərək məhv edilib”.
Nazirliyin sözçüsü general-mayor Turki Al-Malikinin bildirdiyinə görə, dronların İraq ərazisindən buraxıldığı ehtimal olunur.
Bizim.Media


































































































