Türkiyədə silahlı insident - İki polis öldürüldü - FOTO

Türkiyədə silahlı insident - İki polis öldürüldü - FOTO

Hazırda oxunan: Türkiyədə silahlı insident - İki polis öldürüldü - FOTO

613720

Türkiyənin Çorlu şəhərində baş verən silahlı insident zamanı iki polis əməkdaşı həlak olub.

Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Tekirdağ vilayətinin Çorlu rayonunun Reşadiye məhəlləsində yerləşən iş mərkəzlərindən birində qeydə alınıb.

Silahlı dava barədə daxil olan məlumat əsasında əraziyə polis qüvvələri cəlb edilib.

Hadisə zamanı şübhəli şəxs mülki geyimdə olan polis əməkdaşlarına atəş açıb. Nəticədə polis əməkdaşları Erkan Tütüncüler və Emrah Koç ağır yaralanıblar. Yaralılar dərhal Çorlu Dövlət Xəstəxanasına çatdırılsalar da, həkimlərin bütün səylərinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.

Polisin “təslim ol” çağırışına tabe olmayan silahlı şəxsə qarşı əməliyyat keçirilib və o, atışma zamanı zərərsizləşdirilib.

Hadisə ilə bağlı açıqlama verən Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi həlak olan polis əməkdaşlarının Çorlu Rayon Polis İdarəsində xidmət etdiyini bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO