Azyaşlını xilas etmək istəyərkən özü həyatını İTİRDİ – Məşhur döyüşçünün FACİƏVİ ÖLÜMÜ

Azyaşlını xilas etmək istəyərkən özü həyatını İTİRDİ – Məşhur döyüşçünün FACİƏVİ ÖLÜMÜ

Hazırda oxunan: Azyaşlını xilas etmək istəyərkən özü həyatını İTİRDİ – Məşhur döyüşçünün FACİƏVİ ÖLÜMÜ

613291

MMA döyüşçüsü Medet Jinaliyev İssık-Kul gölündə boğulan uşaqları xilas edərkən həyatını itirib.

Bizim.Media xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.

Məlumata görə, hadisə Baktuu-Dolonotu kəndində baş verib. Çimərlikdə dincələn azyaşlı qızlardan biri göldə çimərkən batmağa başlayıb.

Medet Jeinaliyev dostu ilə birlikdə dərhal köməyə qaçaraq qızı xilas edib. Lakin MMA döyüşçüsünün özü hadisə zamanı boğularaq ölüb.
 

Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, idmançının cəsədi ertəsi gün tapılaraq ailəsinə təhvil verilib.


Qeyd edək ki, yüngül çəkidə çıxış edən Jinaliyev peşəkar MMA karyerası ərzində dörd döyüş keçirib. O, bu qarşılaşmaların ikisində qələbə qazanıb, iki dəfə isə məğlub olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO