Əfsanəvi avtomobil brendi İFLAS ETDİ: 79 illik zavod BAĞLANIR

Əfsanəvi avtomobil brendi İFLAS ETDİ: 79 illik zavod BAĞLANIR

Hazırda oxunan: Əfsanəvi avtomobil brendi İFLAS ETDİ: 79 illik zavod BAĞLANIR

613045

İsveçin dünyaşöhrətli avtomobil markası "Saab"ın 1947-ci ildən bəri istehsal həyata keçirdiyi Trollhattan zavodu fəaliyyətini dayandırır.

Bizim.Media "Haberler.com" portalına istinadən xəbər verir ki, "Saab"ın aktivlərini təhvil alan NEVS şirkətinin əməliyyatları dayandırmaq qərarından sonra zavoddakı son prototip avtomobillər, istehsal avadanlıqları və minlərlə ehtiyat hissəsi hərraca çıxarılacaq.

"The Drive" nəşrinin yaydığı məlumata görə, 2012-ci ildə müflis olan markanın aktivlərini ələ keçirən "National Electric Vehicle Sweden" (NEVS) fəaliyyətini tamamilə dayandırmaq qərarına gəlib. Bu çərçivədə gələcəyin elektrikli sedan modeli kimi layihələndirilən "Emily GT" layihəsinin də tamamilə ləğv edildiyi açıqlanıb.

"Klaravik" platforması vasitəsilə keçiriləcək hərracda "Saab"ın texnoloji transformasiyasını simvolizə edən mühüm nəqliyyat vasitələri kolleksiyaçılara təqdim olunacaq.

Hərracda həmçinin minlərlə ehtiyat hissəsi, dizayn maketləri və markanın tarixinə işıq tutan afişalar yer alacaq.

Məlumata görə, hərrac mayın 21-də başlayacaq və mayın 30-da yekunlaşacaq. Hərracın son günündə "Saab" həvəskarlarına Trollhattan zavodunu sonuncu dəfə ziyarət etmək imkanı da yaradılacaq.

Bununla da avtomobil sənayesində dərin iz qoyan "Saab" brendi və onun tarixi istehsal mərkəzi üçün rəsmi bağlanış prosesi tamamlanmış olacaq. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO