CENTCOM: ABŞ İran ərazisindən 15 gəminin keçməsinə icazə verib

CENTCOM: ABŞ İran ərazisindən 15 gəminin keçməsinə icazə verib

Hazırda oxunan: CENTCOM: ABŞ İran ərazisindən 15 gəminin keçməsinə icazə verib

612985

ABŞ hərbçiləri İranın dəniz blokadasının davam etdiyi bir ay ərzində humanitar məqsədlərlə 15 gəminin keçməsinə icazə veriblər.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
 

Bəyanatda bildirilib ki, hazırda ABŞ Silahlı Qüvvələri 67 kommersiya gəmisinin marşrutunu dəyişdirib, humanitar yardımın göstərilməsinə dəstək məqsədilə 15 gəminin keçməsinə icazə verib və dörd gəmini hərəkətsizləşdirib.


ABŞ İrana qarşı dəniz blokadasına aprelin 13-də başlayıb. Qeyd olunub ki, Amerika hərbçiləri İslam Respublikasının limanlarına doğru hərəkət edən bütün gəmilərin qarşısını kəsmək niyyətindədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO