Yaponiyada ayı hücumları rekord vurdu: robot-canavarlar kütləvi şəkildə satılır

Yaponiyada ayı hücumları rekord vurdu: robot-canavarlar kütləvi şəkildə satılır

Hazırda oxunan: Yaponiyada ayı hücumları rekord vurdu: robot-canavarlar kütləvi şəkildə satılır

612982

Yaponiyanın "Ohta Seiki" şirkəti, ölkədə ayı hücumlarının rekord sayda artması fonunda "Monster Wolf" (Canavar Bədheybət) adlı robot-canavara olan tələbatın kəskin artması ilə üzləşib.

Bizim.Media "Independent" qəzetinə istinadla xəbər verir ki, istehsalçı qurğuları əllə yığmağı çatdırmadığını və sifarişlərin gözləmə müddətini bir neçə aya qədər uzatmağa məcbur olduğunu bəyan edib.
 

Şirkət rəhbəri Yuji Otanın sözlərinə görə, ilin əvvəlindən bəri "Ohta Seiki" "Monster Wolf" üçün təxminən 50 sifariş alıb. Halbuki, bu həcmdə satış normalda yalnız bütöv bir il ərzində əldə olunurdu.


Robota olan marağın artması vəhşi ayıların hücumları ilə eyni vaxta təsadüf edib. Belə ki, 2025-2026-cı illərdə ölkədə ayı hücumları nəticəsində rekord həddə 13 ölüm hadisəsi qeydə alınıb.

Bundan əlavə, təhlükəli heyvanların görünməsi ilə bağlı xəbərdarlıqların sayı 50 mini ötüb ki, bu da əvvəlki rekorddan iki dəfə çoxdur.

Heyvanlar mütəmadi olaraq yaşayış evlərinin, məktəblərin, mağazaların və termal bulaqların yaxınlığında müşahidə edilir.

Bu fonda hakimiyyət orqanları ayıların tutulması prosesini əhəmiyyətli dərəcədə artırıb: bir il ərzində 14 600 mindən çox ayı məhv edilib ki, bu da bir il əvvəlki göstəricidən təxminən üç dəfə çoxdur.
 

"Monster Wolf" yırtıcı formasında olan avtomatik bir müqəvvadır. Qurğu süni xəz, qırmızı rəngdə parıldayan gözlər, hərəkət sensorları və bir kilometrə qədər məsafədə eşidilən insan səslərindən tutmuş elektron küyə qədər təxminən 50 fərqli səsi səsləndirən dinamiklərlə təchiz olunub.


"Monster Wolf" 2016-cı ildə kənd təsərrüfatı sahələrini marallardan, qabanlardan və ayılardan qorumaq üçün hazırlanıb. O vaxtlar bir çoxları bu layihəni qeyri-adi bir eksperiment kimi qəbul edirdi, lakin hazırda şirkətin əsas müştəriləri fermerlər, qolf klublarının sahibləri və kənd yerlərində çalışan işçilər olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO