Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus “MV Hondius” kruiz gəmisində yayılan hantavirusla bağlı ölkələrə xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, o, Madriddə keçirilən mətbuat konfransında bildirib ki, yaxın həftələrdə yeni yoluxma hallarının qeydə alınması mümkündür.
Qebreyesus İspaniyaya çətin vəziyyətdə olan gəmini qəbul etdiyinə görə təşəkkür edib və bunu “şəfqət və həmrəylik nümunəsi” adlandırıb.
ÜST rəhbəri hazırkı vəziyyətin genişmiqyaslı epidemiyaya işarə etmədiyini desə də, virusun uzun inkubasiya dövrünün narahatlıq yaratdığını vurğulayıb:
“İnkubasiya müddətinin uzun olması səbəbindən yaxın həftələrdə yeni halların ortaya çıxması mümkündür”. (qafqazinfo.az)
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:44 / 13.05.2026
ÜST-dən hantavirusla bağlı- Xəbərdarlıq
Hazırda oxunan: ÜST-dən hantavirusla bağlı- Xəbərdarlıq
Hazırda oxunan: ÜST-dən hantavirusla bağlı- Xəbərdarlıq
612831
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.








































































































