“Forbes” jurnalının 2026-cı ilin mart ayında yaydığı hesablamalara görə, ABŞ Prezidenti Donald Trumpın xalis sərvəti 6,5 milyard dollar təşkil edir.
Bizim.Media xəbər verir ki, nəşrin məlumatına əsasən, Trampın sərvəti son bir ildə təxminən 1,4 milyard dollar artıb.
“Forbes” bu artımı əsasən daşınmaz əmlak, qolf biznesi, lisenziyalaşdırma müqavilələri və kriptovalyuta layihələri ilə əlaqələndirib.
Jurnalın qiymətləndirməsinə görə, Tramp dünyanın ən varlı şəxsləri siyahısında da yer alıb.
Qeyd edək ki, Donald Trampın maliyyə göstəriciləri müxtəlif dövrlərdə fərqli qiymətləndirilsə də, “Forbes” onu hazırda ABŞ-ın ən varlı siyasətçilərindən biri hesab edir.
Bizim.Media




































































































