Zelenski görüşməyə hazırdır, ancaq Moskvada yox...

Zelenski görüşməyə hazırdır, ancaq Moskvada yox...

Hazırda oxunan: Zelenski görüşməyə hazırdır, ancaq Moskvada yox...

612223

Ukrayna Prezidenti Volodimir Zelenski Moskva istisna olmaqla, istənilən yerdə Kreml rəhbəri Vladimir Putinlə görüşməyə hazırdır.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin müşaviri Sergey Leşşenko telemarafonun efirində bildirib.

"Volodimir Zelenski Putinlə istənilən yerdə görüşməyə hazırdır, ancaq Moskvada yox... Belə bir danışıqlar formatı qeyri-mümkündür", – o deyib.

Xəbər verildiyi kimi, mayın 9-da Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov V. Putinin Moskvada V. Zelenski ilə görüş keçirməyə hazır olduğunu bir daha təsdiqləyib.

Zelenski dəfələrlə Putinlə görüşməyə hazır olduğunu bəyan edib, lakin Moskva və Kiyevdə deyil, neytral ərazidə, xüsusən ABŞ, eləcə də Yaxın Şərq və ya Avropa ölkələrindən birində bu görüşün mümkün olduğunu bildirib. (report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO