Bütün Amerika bu toydan danışır: “Belə mənzərəni ancaq hind filmlərində görmüşdük...” – FOTO

Bütün Amerika bu toydan danışır: “Belə mənzərəni ancaq hind filmlərində görmüşdük...” – FOTO

Hazırda oxunan: Bütün Amerika bu toydan danışır: “Belə mənzərəni ancaq hind filmlərində görmüşdük...” – FOTO
612109
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Nyu-Yorkda 5 gün-5 gecə davam edən təmtəraqlı toy bütün amerikalıları məəttəl qoyub.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Hindistan əsilli amerikalı cütlük toylarını ultra dəbdəbəli şəkildə qeyd ediblər.
 

Toy şənliyinin keçirildiyi yerə qədər parad təşkil olunub və bunun üçün dünyanın ən məşhur və ən bahalı küçəsi olan Manhetten qapadılıb. Məşhur Beşinci prospekt (5th Avenue) ancaq toyun qonaqları üçün açıq olub.


Yalnız Bollivud hitlərinin ifa olunduğu parad və toy amerikalıları qəzəbləndirib. Hətta sosial mediada qəzəbli şərhçilər onların deportasiya olumasını tələb ediblər. Möhtəşəm toydan əvvəl az adam 30 yaşlı Aviş Ceyn və 33 yaşlı Pankti Doşi haqqında eşitmişdi. Yeni evlənənlərin hər ikisi həkimdir. Bəy endokrinoloq, gəlin ginekoloqdur.

Medianın məlumatına görə, toyun təşkil olunduğu "Somewhere Nowhere NYC" adlı hotelin günlük arendası 30.000 dollardır. Toy dekorasiyası, musiqiçilər, müğənnilər, yemək və içkilərl daxil milyon dollara yaxın vəsaitdir. Bu, bir günə hesablanmış qiymətdir. Gəlin və bəyin hər toy gününə geyimi, saç-makiyaj, parad, küçənin arendası isə hələ hesaba gəlmir.

Belə təxmin edilir ki, təkcə Beşinci prospektin saatlıq bağladılması yüz min dollardan artıqdır.
 

Hindlilərin Haldi dediyi xınayaxdı mərasimi də ayrı bir dəbdəbə ilə keçirilib. Şərqin ən məşhur tatu-xına ustaları gəlinin və xanım qonaqların xınasını çəkib. Bəyin gəlini aparmağa gəldiyi 4-cü gün isə xüsusi təntənə və küçə rəqsləri, səs-küylü musiqi ilə keçib.


Bəziləri etiraf ediblər ki, indiyə kimi belə mənzərəni filmlərdə görüblər. Hind filmlərini sevməyənlər isə polis çağırıblar.

Bütün Amerika bu toydan danışır: “Belə mənzərəni ancaq hind filmlərində görmüşdük...” – FOTO - foto 1
Bütün Amerika bu toydan danışır: “Belə mənzərəni ancaq hind filmlərində görmüşdük...” – FOTO - foto 2
Bütün Amerika bu toydan danışır: “Belə mənzərəni ancaq hind filmlərində görmüşdük...” – FOTO - foto 3


Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO