Ağ Ev ABŞ Prezidenti Donald Trampı "Ulduz müharibələri" (Star Wars) saqasının qəhrəmanı obrazında təqdim edib.
Bizim.Media xəbər verir ki, müvafiq paylaşım "X" sosial şəbəkəsində edilib.
Şəkilə əlavə olunan mətndə deyilir: "Gücə ehtiyac duyulduğu qalaktikada Amerika buna hazırdır. Bu, doğru yoldur!”.
Şəkildə Amerika lideri bir əlində kaska, digərində isə Amerika bayrağı olan "Mandalore"li obrazında təsvir olunub. Trampın geyiminin cibində "Mandalore"li serialının personajı olan Qroqunun çantası var.

Bizim.Media


































































































