Zelenski Ukraynada “sükut rejimi” elan etdi - BU TARİXDƏN

Zelenski Ukraynada “sükut rejimi” elan etdi - BU TARİXDƏN

Hazırda oxunan: Zelenski Ukraynada “sükut rejimi” elan etdi - BU TARİXDƏN

611181

Ukrayna 6 may tarixindən etibarən “sükut rejimi” elan edir.

Bizim.Media "Unian.net"ə istinadla xəbər verir ki, bu barədə ölkə prezidenti Volodimir Zelenski məlumat verib.

Dövlət başçısı bildirib ki, rejim 5-dən 6 maya keçən gecə saat 00:00-dan qüvvəyə minəcək və bu müddətdə Ukrayna tərəfi “güzgü prinsipi” ilə hərəkət edəcək.

Zelenski Rusiyanın birtərəfli qaydada elan etdiyi atəşkəsə də münasibət bildirib. Onun sözlərinə görə, bu günə qədər hərbi əməliyyatların dayandırılması şərtləri ilə bağlı Ukraynaya rəsmi müraciət daxil olmayıb.

“İnsan həyatı istənilən yubileyin qeyd olunmasından qat-qat dəyərlidir. Buna görə də mayın 5-dən 6-sına keçən gecə saat 00:00-dan etibarən sükut rejimi elan edirik”, – deyə o vurğulayıb.

Prezident qeyd edib ki, bu müddət ərzində döyüşlərin real şəkildə dayandırılması mümkündür.

“Göstərilən vaxtdan etibarən güzgü prinsipi ilə hərəkət edəcəyik. Əgər Rusiya Müdafiə Nazirliyi hesab edirsə ki, Ukraynanın xoş niyyəti olmadan Moskvada parad keçirmək mümkün deyil, deməli, indi Rusiya rəhbərliyi müharibəni bitirmək üçün real addımlar atmalıdır”, – deyə Zelenski əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO