Türkiyədə məktəbdə törədilmiş qətliamda ölənlərin sayı artdı - FOTO

Türkiyədə məktəbdə törədilmiş qətliamda ölənlərin sayı artdı - FOTO

Hazırda oxunan: Türkiyədə məktəbdə törədilmiş qətliamda ölənlərin sayı artdı - FOTO

610896

Aprelin 16-da Türkiyənin Kahramanmaraş vilayətinin Onikişubat rayonundakı məktəbdə baş vermiş silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Bizim.Media İHA agentliyinə istinadən xəbər verir ki, hücum zamanı ağır yaralanan 11 yaşlı Almina Ağaoğlu müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Baş nahiyəsinin arxasından iki güllə yarası alan Ağaoğu Reanimasiya şöbəsində müalicə alırdı. Bununla da faciədə ölənlərin sayı 11-ə çatıb

Xatırladaq ki, silahı hücumu məktəbin 8-ci sinif şagirdi İsa Aras Mersinli törətmişdi. Mersinli hadisə zamanı özü də ölüb. Onun atası və anası isə hadisədən sonra həbs edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO