“Əbədi həyat” axtaran milyonerdən qalmaqallı PAYLAŞIM

“Əbədi həyat” axtaran milyonerdən qalmaqallı PAYLAŞIM

Hazırda oxunan: “Əbədi həyat” axtaran milyonerdən qalmaqallı PAYLAŞIM
610848
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Milyoner və biohaker Bryan Johnson sosial şəbəkədə etdiyi paylaşımla gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
 

“Don’t Die: The Man Who Wants to Live Forever” sənədli filmi ilə tanınan Conson şəxsi həyatı ilə bağlı həddindən artıq açıq paylaşımlar edib. O, X platformasında tərəfdaşı və layihə üzrə həmtəsisçi Keyt Tolo ilə münasibətlərinə dair intim detalları açıqlayıb.


Paylaşım qısa müddətdə 5 milyondan çox baxış toplayaraq sosial şəbəkələrdə geniş rezonans doğurub. İstifadəçilər bu cür açıq etirafları “uyğunsuz” və “sərhədləri aşan” kimi qiymətləndiriblər.

Bununla yanaşı, Conson tərəfdaşının sağlamlıq göstəriciləri ilə bağlı da məlumat paylaşıb ki, bu da müzakirələri daha da alovlandırıb.

Keyt Tolo isə müzakirələrə qoşularaq bəzi mövzuların cəmiyyətdə kifayət qədər açıq danışılmadığını bildirib.

Qeyd edək ki, Bryan Johnson uzunömürlülük üzrə “Blueprint” layihəsi ilə tanınır və insan ömrünü maksimum uzatmaq məqsədilə müxtəlif eksperimentlər aparır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO