İran ABŞ-a SÜLH planı təqdim etdi: "Danışıqlar, yoxsa müharibə..."

İran ABŞ-a SÜLH planı təqdim etdi: "Danışıqlar, yoxsa müharibə..."

Hazırda oxunan: İran ABŞ-a SÜLH planı təqdim etdi: "Danışıqlar, yoxsa müharibə..."

610824

İran Pakistan vasitəsilə ABŞ-yə hərbi əməliyyatların qəti dayandırılması planını təqdim edib və hazırda Vaşinqtonun buna reaksiyasını gözləyir.

Bizim.Media xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi İslam Respublikasındakı bəzi səfirlərlə görüşündə açıqlayıb.

"İran Pakistan vasitəçiləri vasitəsilə müharibəyə birdəfəlik son qoymaq üçün bir plan təqdim etdi və indi top ABŞ tərəfindədir. Diplomatiya və davam edən qarşıdurma arasında seçim Vaşinqtondan asılıdır", - deyə o qeyd edib.

K. Qəribabadi İranın öz milli maraqlarını və təhlükəsizliyini təmin etməyə çalışaraq hər iki varianta hazır olduğunu vurğulayıb:

"İran istənilən halda ABŞ-nin diplomatiyadakı səmimiyyətinə qarşı inamsızlığını və şübhəsini hər zaman qoruyub saxlayacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO