Böyük Britaniyada terror təhlükəsi səviyyəsi artırıldı

Böyük Britaniyada terror təhlükəsi səviyyəsi artırıldı

Hazırda oxunan: Böyük Britaniyada terror təhlükəsi səviyyəsi artırıldı
610456
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Böyük Britaniyada terror təhlükəsi səviyyəsi Londonun şimalındakı Qolders Qrin bölgəsində baş verən bıçaqlanma hadisəsindən sonra “ciddi” səviyyəsinə qaldırılıb.

Bizim.Media “The Independent”ə istinadla xəbər verir ki, bu səviyyə terror hücumunun yüksək dərəcədə mümkün olduğunu ifadə edir.
 

Qərar Birgə Terror Təhlili Mərkəzi tərəfindən elan olunub. Bu qurum Böyük Britaniyanın daxili təhlükəsizlik və əks-kəşfiyyat xidməti olan MI5 daxilində fəaliyyət göstərsə də, təhlükə qiymətləndirmələrini müstəqil şəkildə aparır.


Qeyd edək ki, bundan əvvəl terror təhlükəsi səviyyəsi “əhəmiyyətli” idi və bu, hücum ehtimalının mümkün olduğu anlamına gəlirdi.

Daxili işlər naziri Şabana Mahmud bildirib ki, təhlükə səviyyəsinin artırılması mövcud risklərin ciddi olduğunu göstərir. Məlumata görə, Qolders Qrində baş verən hücum zamanı iki yəhudi kişi bıçaqlanıb. Hadisə ilə əlaqədar saxlanılan 45 yaşlı şübhəlinin Essa Süleyman olduğu açıqlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO