Rusiyanın Samara vilayətinin Novokuybışevsk şəhərində Ukrayna pilotsuz uçuş aparatlarının sənaye müəssisəsinə hücumu nəticəsində bir nəfər ölüb, yaralananlar var.
Bizim.Media xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Fedorışev məlumat verib.
Qubernator hücumun hansı obyektə edildiyini dəqiqləşdirməyib.
Ukrayna teleqram kanallarının yaydığı məlumata görə, zərbə Novokuybışevsk Neft-Kimya Şirkətinə dəyib. Bildirilir ki, burada metil-tert-amil efirinin istehsalı qurğusuna ziyan dəyib.
Bundan başqa, dronlardan birinin qalıqları Samara şəhərində yaşayış binasının damına düşüb. Nəticədə bir nəfər xəstəxanaya yerləşdirilib.
Həmçinin Kstovo rayonundakı “Qorki” neftötürmə stansiyasına da pilotsuz aparatlarla hücum edildiyi bildirilir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:43 / 23.04.2026
Ukrayna ardıcıl ikinci gecə Samara vilayətinə zərbə endirir: Ölən var - VİDEO
Hazırda oxunan: Ukrayna ardıcıl ikinci gecə Samara vilayətinə zərbə endirir: Ölən var - VİDEO
Hazırda oxunan: Ukrayna ardıcıl ikinci gecə Samara vilayətinə zərbə endirir: Ölən var - VİDEO
608835
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































