Dron Ukrayna müdafiə nazirinin müşavirinin evinə düşdü – ÖZÜ YARALANDI - FOTO

Dron Ukrayna müdafiə nazirinin müşavirinin evinə düşdü – ÖZÜ YARALANDI - FOTO

Hazırda oxunan: Dron Ukrayna müdafiə nazirinin müşavirinin evinə düşdü – ÖZÜ YARALANDI - FOTO
608226
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Aprelin 20-nə keçən gecə Rusiyaya məxsus reaktiv “Şahed” pilotsuz uçuş aparatı Ukraynanın müdafiə nazirinin müşaviri Sergey Beskrestnovun evinə çırpılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Beskrestnov özünün Facebook hesabında məlumat yayıb.

“Bu gecə ruslar məni öldürməyə cəhd etdilər. İdarəolunan reaktiv “Şahed” evimin divarına çırpıldı. Mənim artıq evim yoxdur”, - deyə o bildirib.

Beskrestnov xəstəxanadan fotosunu paylaşaraq yaralandığını açıqlayıb. O qeyd edib ki, hadisələrin bu cür inkişafına mənəvi baxımdan hazır olub.
 

Bundan əvvəl Rusiyanın Kiyev vilayətinin Brovarı rayonuna dronlarla hücum etdiyi, fərdi yaşayış sektorunda yanğın baş verdiyi bildirilmişdi. Vilayət hərbi administrasiyası 1974-cü il təvəllüdlü kişinin yaralandığını açıqlamışdı ki, bu da Beskrestnovun doğum ili ilə üst-üstə düşür.


Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri isə Rusiyanın gecə ərzində Ukraynaya 142 pilotsuz uçuş aparatı ilə hücum etdiyini, onlardan 113-nün hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirildiyini bildirib.

Dron Ukrayna müdafiə nazirinin müşavirinin evinə düşdü – ÖZÜ YARALANDI - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO