Ukraynalı deputatın meyiti avtomobildə TAPILDI

Ukraynalı deputatın meyiti avtomobildə TAPILDI

Hazırda oxunan: Ukraynalı deputatın meyiti avtomobildə TAPILDI

608190

Ukraynanın Odessa şəhərində şəhər şurasının deputatı avtomobildə ölü vəziyyətdə aşkarlanıb.

Bizim.Media xəbər verir ki, Odessa vilayət polisi hadisənin bu gün səhər Primorski rayonunda qeydə alındığını bildirib.

İlkin məlumata görə, söhbət odlu silahdan istifadə etməklə baş vermiş mümkün intihardan gedir.
 

Ukrayna mediasının yazdığına görə, ölən şəxsin Odessa Şəhər Şurasının deputatı Aleksandr İvaniçki olduğu ehtimal edilir. Bununla belə, onun adı hələlik hüquq-mühafizə orqanları tərəfindən rəsmi şəkildə açıqlanmayıb.


Hazırda polis hadisənin bütün təfərrüatlarını araşdırır. Rəsmi açıqlamada ölümün səbəbi ilə bağlı yekun nəticənin istintaqdan sonra məlum olacağı vurğulanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO