SEPAH: "İran atəşkəs dövründə raket arsenalını artırıb"

SEPAH: "İran atəşkəs dövründə raket arsenalını artırıb"

Hazırda oxunan: SEPAH: "İran atəşkəs dövründə raket arsenalını artırıb"

608076

"İran atəşkəs rejimi tətbiq edildikdən sonra raket buraxılış qurğuları və pilotsuz uçuş aparatı arsenalını yeniləyib".

Bizim.Media "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələrinin komandanı Məcid Musəvi bildirib.

O iddia edib ki, İrandan fərqli olaraq, düşmən atəşkəs zamanı öz döyüş sursatlarını artıra bilməyib.

Bundan əlavə, M.Musəvi İranın raket və PUA-lar üçün buraxılış qurğularının modernləşdirilməsi prosesini sürətləndirdiyini bildirib:

"Biz bilirik ki, rəqib özü üçün eyni şəraiti yarada bilmir və sursatları dünyanın digər ucundan az-az gətirməyə məcburdur. Onlar müharibənin bu mərhələsini uduzdular. Hörmüz boğazını, Livanı və bütün bölgəni itirdilər", - deyə o yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO