Hörmüz boğazı açıldı, bu məhsulun qiyməti kəskin UCUZLAŞDI

Hörmüz boğazı açıldı, bu məhsulun qiyməti kəskin UCUZLAŞDI

Hazırda oxunan: Hörmüz boğazı açıldı, bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
607776
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hörmüz boğazının yenidən açılması elan ediləndən sonra London birjasında alüminiumun qiymətləri kəskin ucuzlaşıb. Bu addım Bəhreyn, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi iri istehsalçıların metal ixracını bərpa etməsinə imkan yaradır.

Bizim.Media xəbər verir ki, bu barədə “Blumberq-Şərq” agentliyi məlumat yayıb.

Bildirilib ki, London Qiymətli Metallar Birjasında üçaylıq alüminium müqavilələri 5,7 faizədək ucuzlaşıb və London vaxtı ilə axşam saat 02:44-də bir ton alüminium 3540 dollara satılıb.
 

Qeyd edək ki, avtomobil istehsalında və içki qablarının hazırlanmasında geniş istifadə olunan bu yüngül metalın qiyməti regionda baş verən hadisələrə görə son dörd ilə yaxın bir dövrlə müqayisədə ən yüksək səviyyəsinə yüksəlmişdi.


İranla münaqişə səbəbindən Hörmüz boğazında naviqasiya demək olar ki, iflic olmuşdu. Dünya alüminium istehsalının təxminən onda biri Yaxın Şərqin payına düşür. (bakupost.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO