Obamadan Xamneyiyə gizli məktub

Obamadan Xamneyiyə gizli məktub

Hazırda oxunan: Obamadan Xamneyiyə gizli məktub

60675
ABŞ prezidenti Barak Obama İranın dini lideri Ayətullah Əli Xameneyiyə gizli məktub göndərib.

ANS PRESS-in məlumatına görə, belə bir iddia ilə "Wall Street Journal" çıxış edib. 

Məlumata görə, gizli məktubda Obama İrana İŞİD-lə mübarizənin 2 ölkənin birgə maraqlarına uyğun olduğunu təklif edib. 

Məktubda həmçinin Obamanın İranın nüvə məsələsində tutduğu mövqeni yumşaltmağa cəhd etdiyi bildirilir.

Məktubun gizli olmasının səbəbini isə qəzet ABŞ-ın müttəfiq ərəb ölkələrini və İsraili hiddətləndirməmək üçün edildiyini iddia edib. Bu ölkələr İranla ABŞ arasındakı yaxınlaşmanı bölgədəki tarazlığı pozacağından narahatdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO