Estoniyanın yeni səfiri İlham Əliyevin QƏBULUNDA – FOTO/VİDEO

Estoniyanın yeni səfiri İlham Əliyevin QƏBULUNDA – FOTO/VİDEO

Hazırda oxunan: Estoniyanın yeni səfiri İlham Əliyevin QƏBULUNDA – FOTO/VİDEO
638244
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib.

Bizim.Media xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycanla Estoniya arasında əməkdaşlığın genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin və təmasların önəminə toxundu.

 

Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev bu xüsusda Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın ölkəmizə builki səfərlərini qeyd etdi.


Dövlətimizin başçısı səfirə fəaliyyətində uğurlar arzuladı.

Estoniyanın Azərbaycana ilk səfiri təyin olunmasından şərəf hissi duyduğunu deyən Tiina Nirk ölkələrimiz, həmçinin Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafı üçün səylə çalışacağını vurğuladı.

Azərbaycanın Orta Dəhlizdə mühüm mövqedə yerləşdiyini qeyd edən səfir bir çox sahədə, o cümlədən siyasi dialoq, biznes, informasiya texnologiyaları, logistika və digər istiqamətlər üzrə tərəfdaşlığı genişləndirmək üçün yaxşı potensialın olduğunu dedi.

Tiina Nirk təhsil sahəsində də əməkdaşlıq baxımından geniş imkanlara toxunaraq, bu xüsusda 200-ə yaxın azərbaycanlı tələbənin Estoniyada təhsil aldığını qeyd etdi.

Səfir, həmçinin Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımları yüksək qiymətləndirdi.

Görüşdə Estoniyanın Azərbaycanda səfirliyinin açılmasının ikitərəfli münasibətlərimizin daha da inkişaf etməsinə mühüm töhfə verəcəyi vurğulandı, iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinə toxunuldu və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.



Estoniyanın yeni səfiri İlham Əliyevin QƏBULUNDA – FOTO/VİDEO - foto 1
Estoniyanın yeni səfiri İlham Əliyevin QƏBULUNDA – FOTO/VİDEO - foto 2
Estoniyanın yeni səfiri İlham Əliyevin QƏBULUNDA – FOTO/VİDEO - foto 3
Estoniyanın yeni səfiri İlham Əliyevin QƏBULUNDA – FOTO/VİDEO - foto 4
Estoniyanın yeni səfiri İlham Əliyevin QƏBULUNDA – FOTO/VİDEO - foto 5
Estoniyanın yeni səfiri İlham Əliyevin QƏBULUNDA – FOTO/VİDEO - foto 6
Estoniyanın yeni səfiri İlham Əliyevin QƏBULUNDA – FOTO/VİDEO - foto 7
Estoniyanın yeni səfiri İlham Əliyevin QƏBULUNDA – FOTO/VİDEO - foto 8
Estoniyanın yeni səfiri İlham Əliyevin QƏBULUNDA – FOTO/VİDEO - foto 9
Estoniyanın yeni səfiri İlham Əliyevin QƏBULUNDA – FOTO/VİDEO - foto 10

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO