Həyat yoldaşını balta ilə qətlə yetirən şəxsə HÖKM OXUNDU - FOTO

Həyat yoldaşını balta ilə qətlə yetirən şəxsə HÖKM OXUNDU - FOTO

Hazırda oxunan: Həyat yoldaşını balta ilə qətlə yetirən şəxsə HÖKM OXUNDU - FOTO

638261

Ağcabədidə həyat yoldaşını öldürməkdə ittiham olunan Ayaz Səlimovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Ayaz Səlimov 16 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, Ayaz Səlimov həyat yoldaşı Nəzakət Səlimovanı ailədaxili münaqişə zəminində mətbəxdə istifadə olunan ət baltası ilə doğrayaraq qətlə yetirib.

Hadisə baş verən gün Ayaz Səlimov təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi irəli sürülüb. (Teleqraf.az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO