Şarl Lekler: Bakı trasında yarışmaqdan zövq alıram

Şarl Lekler: Bakı trasında yarışmaqdan zövq alıram

Hazırda oxunan: Şarl Lekler: Bakı trasında yarışmaqdan zövq alıram

638285

Bakıdakı yarışda rəqabətədavamlı olmaq üçün ilk növbədə sıralanma turunda yaxşı nəticə göstərməyimiz vacibdir.

Bizim.Media xəbər verir ki, bu sözləri “Ferrari” komandasının pilotu Şarl Lekler Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi öncəsi təşkil olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu il sıralanma turu performans baxımından ən çox çətinlik çəkdikləri məqamdır:

“Ona görə də orada rəqabətədavamlı olsaq, yarış üçün ümidliyəm. Amma bunun haqqında düşünməzdən əvvəl həftəsonuna yaxşı hazırlaşmalıyıq. Trasın temperaturu da böyük rol oynayacaq. Məncə, əsas diqqəti buna yönəltməliyik”.

Sürücü Bakı trasında yarışmaqdan zövq aldığını söyləyib:

“Amma indiyədək yarışlar mənim üçün çətin keçib. Ümid edirəm ki, həftəsonu bunu düzəldə bilərik. Əvvəlki yarışlarda yaşadığımız uğursuzluqların trasla əlaqəli olduğunu demək ədalətli olmaz. Son bir neçə həftəsonunda bəzi məqamlarla bağlı çətinliklər yaşadıq və daha yaxşı iş görmək bizim əlimizdədir. Bakı Qran-Prisində bunun üçün çalışacağıq”.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi sentyabrın 24-26-da təşkil olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO