
- A-
- A
- A+
Cəmiyyət
08:12 / 23.09.2026
1 dəq oxunma
Yasamalın bəzi ərazilərində işıq olmayacaq
Hazırda oxunan: Yasamalın bəzi ərazilərində işıq olmayacaq
638195
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Sentyabrın 23-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində yerləşən transformator məntəqəsində (TM) aparılacaq təmir işləri ilə əlaqədar bəzi ərazilərdə elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
"Azərişıq" ASC-dən Bizim.Media-ya bildirilib ki, təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Süleyman Dadaşov və Zahid Xəlilov küçələri, Hüseyn Cavid prospekti, həmçinin Yeni Yasamal-2 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.





























































































