Azərbaycan İnvestisiya Holdinqinin hazırladığı Texniki İqtisadi Əsaslandırma sənədinə uyğun olaraq, maliyyələşdirmə mənbələrinin müəyyən olunması və aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə kalsinasiya və anodbişirmə zavodunun tikintisi həyata keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Sənədə əsasən, zavod üzrə tikintiquraşdırma işlərinin aparılması və əsas avadanlıqların tədarükü təmin ediləcək. TİƏ-nin nəticələri əsasında kalsinasiya və anodbişirmə zavodunun istifadəyə verilməsi və anod istehsalı təmin ediləcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:45 / 23.09.2026
Azərbaycanda yeni zavod tikiləcək
Hazırda oxunan: Azərbaycanda yeni zavod tikiləcək
Hazırda oxunan: Azərbaycanda yeni zavod tikiləcək
638233
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































