Avropa çempionatı: Daha 3 boksçumuz yarımfinala yüksəldi

Avropa çempionatı: Daha 3 boksçumuz yarımfinala yüksəldi

Hazırda oxunan: Avropa çempionatı: Daha 3 boksçumuz yarımfinala yüksəldi
638218
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın daha üç boksçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

Bizim.Media xəbər verir ki, Sübhan Mamedov (50 kq) 1/4 finalda İştvan Szaka (Macarıstan) ilə döyüşüb.

Dünya çempionu rəqibini 3:2 (28:29, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə məğlub edib. O, bu gün yarımfinalda Samet Gümüşlə (Türkiyə) üz-üzə gələcək.
 

Amin Məmmədzadə (55 kq) də uğurlu seriyanı davam etdirib. O, Billal Bennamadan (Fransa) güclü olub – 3:2 (28:29, 28:29, 30:27, 30:27, 29:28). Milli üzvü sabah yarımfinalda Vyaçeslav Roqozinlə (Rusiya) qarşılaşacaq.


Məhəmməd Abdullayev (+90 kq) də rinqdən qalib ayrılıb. Dünya Kubokunun qalibi Omar Şihanı (Norveç) mübarizədən kənarlaşdırıb – 3:2 (28:29, 29:28, 30:27, 28:29, 29:28). Abdullayev bu gün yarımfinalda Damar Tomasla (İngiltərə) münasibətlərə aydınlıq gətirəcək.

Yarımfinala yüksələn 4 boksçu özləri üçün azı bürünc medalı təmin edib.

Bu gün həmçinin Nəbi İsgəndərov (70 kq) yarımfinalda Con MakKonnelli (İrlandiya), Səidcəmşid Cəfərov (75 kq) 1/4 finalda Kevin Skottu (İsveç) sınağa çəkəcək.

Qeyd edək ki, yarışa sentyabrın 25-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO