Tehran Nyu-Yorkda Vaşinqtona öz şərtlərini çatdırdı

Tehran Nyu-Yorkda Vaşinqtona öz şərtlərini çatdırdı

Hazırda oxunan: Tehran Nyu-Yorkda Vaşinqtona öz şərtlərini çatdırdı
638255
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Nyu-Yorkda Qətərin vasitəçiliyi ilə ABŞ nümayəndələri ilə əlaqə saxlayıb və bütün cəbhələrdə müharibənin dayandırılması daxil olmaqla Tehranın şərtlərini çatdırıb.

Bizim.Media xəbər verir ki, bu barədə İsmayıl Bəqai İranın dövlət xəbər agentliyi IRNA-ya bildirib. 

O qeyd edib ki, Tehranın şərtlərinə dəniz blokadasına və iqtisadi müharibəyə son qoyulması, İran aktivlərinin azad edilməsi də daxildir.

ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff isə “X” sosial platformasında bildirib ki, Vaşinqton Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində gün ərzində iki tərəf arasında vasitəçilərin iştirakı ilə İran nümayəndə heyəti ilə uzun danışıqlar aparıb. 

O, öz paylaşımında əlavə edib: “Onlar konstruktiv və perspektivli olacağına ümid etdiyimiz bir sıra müzakirələri uğurla başa çatdırıblar. Vasitəçilər işlərini davam etdirəcəklər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO