Təyyarə yanacağının bahalaşması aviaşirkətləri uçuşları azaltmağa vadar edir

Təyyarə yanacağının bahalaşması aviaşirkətləri uçuşları azaltmağa vadar edir

Hazırda oxunan: Təyyarə yanacağının bahalaşması aviaşirkətləri uçuşları azaltmağa vadar edir
605778
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yaxın Şərqdəki müharibə fonunda təyyarə yanacağının qiymətlərinin kəskin artması bir sıra aviaşirkətləri uçuşları azaltmağa və biletlərin qiymətlərini artırmağa məcbur edib.

Bizim.Media BBC-yə istinadla xəbər verir ki, “Air India” və “Air New Zealand” bu istiqamətdə qərar qəbul etdiklərini açıqlayıblar.

Məlumata görə, dünyada bir çox aviaşirkət artan yanacaq xərclərini kompensasiya etmək üçün təcili tədbirlər görür.

Təyyarə yanacağı aviaşirkətlərin əməliyyat xərclərinin təxminən 20–40 faizini təşkil edir.
 

Ötən həftə Avropada etalon təyyarə yanacağının qiyməti hər ton üçün rekord hədd olan 1838 dollara yüksəlib. Müharibədən əvvəl bu göstərici 831 dollar idi. Analitiklər bildirirlər ki, münaqişə davam etdiyi müddətdə sərnişinlər daha yüksək bilet qiymətləri və daha çox uçuş ləğvləri ilə üzləşə bilərlər.


Mütəxəssislərin fikrincə, yanacaq qiymətlərindəki artım Yaxın Şərqdə yerləşən neft emalı zavodlarının, xüsusilə Küveytdəki Əl-Zour zavodunun mühüm rolunu bir daha göstərir. Bu zavod təkbaşına Avropanın təyyarə yanacağı idxalının təxminən 10 faizini təmin edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO