Orban Aİ-dən Rusiya enerjisinə qarşı sanksiyaların dərhal ləğvini tələb etdi -VİDEO

Orban Aİ-dən Rusiya enerjisinə qarşı sanksiyaların dərhal ləğvini tələb etdi -VİDEO

Hazırda oxunan: Orban Aİ-dən Rusiya enerjisinə qarşı sanksiyaların dərhal ləğvini tələb etdi -VİDEO
605140
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Macarıstanın baş naziri Viktor Orban Avropada ağır enerji böhranının yaxınlaşdığını bildirərək, Aİ-dən Rusiya enerji daşıyıcılarına qarşı sanksiya və məhdudiyyətləri dərhal ləğv etməyi tələb edib.

Bizim.Media xəbər verir ki, Orban bu mövqeyi Slovakiyanın baş naziri Robert Fitso ilə vəziyyəti müzakirə etdikdən sonra səsləndirib.

Onun sözlərinə görə, Avropa iqtisadiyyatı enerji daşıyıcılarının çatışmazlığı və qiymət artımı təhlükəsi ilə üz-üzədir.

Orban bildirib ki, qarşıdakı riski yalnız Aİ-nin neft və qaz ehtiyatlarını bütün mümkün mənbələrdən, maksimal həcmdə və mümkün qədər tez doldurması ilə azaltmaq olar.

O, həmçinin Brüsselin Ukrayna prezidenti Volodimir Zelenskidən “Drujba” neft kəmərini dərhal açmağı tələb etməli olduğunu deyib.

Bu mövqe regionda təkcə Budapeştin yox, Bratislavanın da xəttinə uyğundur.

Reuters yazır ki, Robert Fitso da bu gün Aİ-ni Rusiyanın neft və qazına qoyulan sanksiyaları ləğv etməyə çağırıb və bunu Avropanın enerji təhlükəsizliyi ilə əsaslandırıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO