Şəklini fotoşop edən qadın deputat partiyadan QOVULDU – FOTO/VİDEO

Şəklini fotoşop edən qadın deputat partiyadan QOVULDU – FOTO/VİDEO

Hazırda oxunan: Şəklini fotoşop edən qadın deputat partiyadan QOVULDU – FOTO/VİDEO
605035
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Niderlandda qadın deputat şəklini həddindən artıq fotoşop etdiyinə görə siyasi partiyadan xaric edilib.

Bizim.Media xəbər verir ki, bu barədə “Oddity Central” məlumat yayıb.

Rotterdamda rəsmi fotosunu süni intellektdən istifadə edərək redaktə edən 59 yaşlı bələdiyyə məclis üzvü Patrisiya Rayxmanla bağlı qalmaqal yaranıb.

Belə ki, yerli “Leefbaar Rotterdam” partiyasını təmsil edən siyasətçi yaşından xeyli cavan göründüyü bir foto paylaşıb. Lakin tezliklə internetdə real fotolar ortaya çıxıb və istifadəçilər fotodakı qadının demək olar ki, tanınmaz hala gəldiyini qeyd ediblər.
 

Rayxmanın özü iddia edib ki, o, sadəcə proqramdan istifadə edərək görüntü keyfiyyətini yaxşılaşdırıb. O, görünüşündəki dəyişikliklərin dərman qəbulu ilə bağlı olduğunu və fotonun həqiqətən də ona məxsus olduğunu bildirib.


Buna baxmayaraq, ona qarşı tənqidlər güclənib. Partiya imicinin əhəmiyyətli dərəcədə dəyişdirildiyini və reallığı əks etdirmədiyini vurğulayıb. Rəhbərlik bunu etibarın pozulması hesab edib və qadının istefasını tələb edib.

Rayxman könüllü istefa verməkdən imtina edib, bundan sonra partiya onu xaric etmək qərarına gəlib. Partiyanın bəyanatında qeyd olunub ki, verilən məlumatlarla faktlar arasındakı uyğunsuzluq gələcək əməkdaşlığı qeyri-mümkün edir.



Şəklini fotoşop edən qadın deputat partiyadan QOVULDU – FOTO/VİDEO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO