Stasionar telefonlara maraq artır

Stasionar telefonlara maraq artır

Hazırda oxunan: Stasionar telefonlara maraq artır
603600
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyada etibarlı rabitə kanallarına artan tələbat fonunda stasionar telefonların quraşdırılması üzrə müraciətlərin sayında artım qeydə alınır.

Bizim.Media xəbər verir ki, “Rostelecom”un prezidenti Mixail Oseyevskinin jurnalistlər açıqlamasına görə, şirkət xüsusilə də mobil rabitədə vaxtaşırı fasilələrin yarandığı iri şəhərlərdə stasionar rabitəyə qoşulmağa marağın nəzərəçarpacaq dərəcədə artdığını müşahidə edir.

O, bunu Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının Moskvada keçirilən qurultayının kuluarlarında deyib.

Onun sözlərinə görə, istifadəçilər getdikcə daha çox simli rabitəni hər bir evdə olmalı olan zəmanətli və keyfiyyətli ünsiyyət vasitəsi kimi qiymətləndirirlər.
 

O qeyd edib ki, dəqiq artım göstəriciləri hələ açıqlanmır, lakin tələbat davamlı olaraq qeydə alınır və Rusiyanın müxtəlif regionlarını əhatə edir.


“Rostelecom” rəhbərinin sözlərinə görə, mobil şəbəkələrin qeyri-sabit işlədiyi şəraitdə belə rabitə növünün etibarlılığını vurğulayan biznes dairələrinin nümayəndələri də stasionar telefonların quraşdırılmasına maraq göstərirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO