Amerikalı jurnalist Ukraynaya qarşı döyüşəcək - Rusiya MN ilə müqavilə imzalayıb

Amerikalı jurnalist Ukraynaya qarşı döyüşəcək - Rusiya MN ilə müqavilə imzalayıb

Hazırda oxunan: Amerikalı jurnalist Ukraynaya qarşı döyüşəcək - Rusiya MN ilə müqavilə imzalayıb
602845
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Amerikalı jurnalist, hüquq müdafiəçisi və ABŞ Kommunist Partiyasının üzvü Kristofer Helali TASS-a bildirib ki, o, Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb və xüsusi hərbi əməliyyatın (XHƏ) aparıldığı zonaya yollanacaq.

Bizim.Media xəbər verir ki, Helali bu barədə XHƏ zamanı tapşırıqları yerinə yetirərkən həlak olan “Rodnya” dəstəsinin komandiri Yevgeni Nikolayevlə vida mərasimində danışıb.

“Bəli, mən müqavilə imzalamışam”, deyə o , faktı təsdiq edib.

Helali Nikolayevi şəxsən tanıyırdı və onu “daha yaxşı dünya” uğrunda mübarizə aparan əsl vətənpərvər adlandırıb.
 

“O, mənə qardaş kimi yanaşırdı, mənim örnək götürdüyüm görkəmli insan idi. Buna görə də burada olmaq mənim üçün çox vacibdir”, — jurnalist bildirib.


Ötən ilin yayında Moskva vilayətinə köçmüş ABŞ-ın başqa bir vətəndaşı da rusiyalı olmağa layiq olduğunu sübut etmək üçün XHƏ-yə könüllü getmək qərarına gəlmişdi. Həmin şəxs ABŞ-da Texas ştatında bir zavodda işləyib. O izah edib ki, özü və ailəsi LGBT təbliğatından  və mədəniyyət səviyyəsinin aşağı düşməsindən bezdiyi üçün Rusiyaya köçmək qərarı veriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO