Yermak: Baxmutu müdafiə edəcəyik, şəhəri tərk etməyi planlaşdırmırıq

Yermak: Baxmutu müdafiə edəcəyik, şəhəri tərk etməyi planlaşdırmırıq

Hazırda oxunan: Yermak: Baxmutu müdafiə edəcəyik, şəhəri tərk etməyi planlaşdırmırıq

601064

Ukrayna Ordusu Baxmut şəhərindən çıxmaq niyyətində deyil.

Bunu Böyük Britaniyanın “The Sunday Times” qəzetinə müsahibəsində Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak bəyan edib.

Andrey Yermak Ukrayna Ordusunun şəhəri müdafiə etdiyini bildirib: “Biz Baxmutdan çıxmağı planlaşdırmırıq”.

Qeyd edək ki, Rusiya Ordusu 10 aydan çoxdur ki, Baxmut şəhərini ələ keçirməyə çalışır. Son bir ayda Rusiya Ordusu şəhərə gələn 3 əsas yoldan ikisinə nəzarəti təmin edib. Buna baxmayaraq, Ukrayna Ordusunun müqavimətini qırmaq və Baxmut şəhərinə nəzarəti təmin etmək mümkün olmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO