Rusiyada əsir olan macar hərbçilər ölkələrinə qayıtdı

Rusiyada əsir olan macar hərbçilər ölkələrinə qayıtdı

Hazırda oxunan: Rusiyada əsir olan macar hərbçilər ölkələrinə qayıtdı
599811
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə keçirdiyi danışıqlardan sonra Ukraynada əsir düşmüş iki macarəsilli hərbçinin azad edildiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, nazirin sözlərinə görə, söhbət Ukrayna və Macarıstan vətəndaşlığına malik iki nəfərdən gedir.

Onların Ukraynada səfərbərlik nəticəsində cəbhəyə göndərildikləri və Rusiya qüvvələri tərəfindən əsir götürüldüyü bildirilir.

Vladimir Putin Moskvada keçirilən görüş zamanı həmin şəxslərin azad ediləcəyini və Macarıstan nümayəndə heyətini gətirən təyyarə ilə Budapeştə göndəriləcəyini deyib.

Azad olunan şəxslər hökumət təyyarəsi ilə ölkələrinə aparılıblar, onları hava limanında ailə üzvləri qarsalayıblar.
 

Siyarto diqqətə çatdırıb ki, Moskva səfərinin əsas məqsədi Macarıstanın enerji təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə etmək və Rusiya əsirliyində olan macarların azad edilməsi olub.


Nazir əlavə edib ki, Budapeşt bütün münaqişələrdən kənarda qalmaq və diplomatik yollarla humanitar məsələlərin həllinə çalışmaq niyyətindədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO