NATO-nun sözçüsü: Türkiyə sadiq müttəfiqdir - FOTO

NATO-nun sözçüsü: Türkiyə sadiq müttəfiqdir - FOTO

Hazırda oxunan: NATO-nun sözçüsü: Türkiyə sadiq müttəfiqdir - FOTO
596932
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

NATO-nun sözçüsü Allison Hart çərşənbə axşamı bildirib ki, Türkiyə sadiq müttəfiqdir və ortaq təhlükəsizliyə dəyərli töhfə verən ölkədir.

Bizim.Media Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyənin NATO-ya qoşulmasının ildönümü münasibətilə yazılı açıqlama verən Hart, həmçinin Ankaranın alyansa verdiyi töhfələri vurğulayıb.

O bildirib: “İyul ayında Ankarada keçiriləcək növbəti NATO sammitini səbirsizliklə gözləyərkən, bu gün Türkiyənin NATO-ya qoşulmasından bəri 74 ildir etdiyi kimi, Alyansa verdiyi bir çox töhfəni xatırlayırıq”.
 

Alyansın sözçüsü Türkiyənin NATO-nun ikinci ən böyük ordusuna sahib olduğunu qeyd edərək, ölkənin müdafiəyə davamlı investisiya, güclü müdafiə sənayesi və "NATO missiyalarına, fəaliyyətlərinə və təlimlərinə davamlı töhfələrini diqqətə çatdırıb.


Türkiyə 1952-ci il fevralın 18-də NATO-ya qoşulub. Alyans 1949-cu ildə təsis edilib.

Son 74 il ərzində Türkiyə strateji mövqeyindən istifadə edərək, xüsusilə terrorizmə qarşı mübarizədə təhdid və risklərlə birbaşa qarşılaşan regionda ilk müttəfiq kimi NATO-ya mühüm töhfələr verməyə davam edib.

NATO-nun sözçüsü: Türkiyə sadiq müttəfiqdir - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO