“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” - Fotolar

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” - Fotolar

Hazırda oxunan: “Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” - Fotolar
589597
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ prezidenti Donald Trampın nəvəsi 18 yaşlı Kay Tramp həyatında üzləşdiyi çətinliklərdən danışıb.

Bizim.Media xəbər verir ki, Kay Tramp bu barədə məşhur influenser Loqan Polun podkastında açıqlama verib.

Onun sözlərinə görə, daim Məxfi Xidmətin mühafizəsi altında yaşamağa alışmaq, xüsusilə də dostlarla ünsiyyətdə çətin olub. Keçən il babası Donald Tramp prezident olduqdan sonra Kay mühafizəçiləri görməməzliyə vurmağa öyrənməli olub.

“Düzünü desəm, bu, həqiqətən də narahatlıq yaradır. Məsələn, bir kişi ilə görüşə gedirsən və mühafizəçi səndən iki masa arxada oturur. Bu bir az qəribədir. Amma mümkün qədər buna fikir verməməyə çalışıram”, – deyə o bildirib.

K.Tramp müsahibəsində tanış olduğu insanlar haqqında təhlükəsizlik orqanlarını daim məlumatlandırdığını da açıqlayıb:

“Tanış olduğum insanlar barədə “Gizli Xidmət”ə mütəmadi olaraq məlumat verirəm”.

Kay Tramp hələlik ailə qurmağı düşünmədiyini, anası Vanessanın məsləhəti ilə karyerasına fokuslandığını qeyd edib. O, qolf sahəsində uğurlu olmağı hədəfləyir, lakin debütü uğursuz alınıb.

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” - Fotolar - foto 1
“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” - Fotolar - foto 2
“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” - Fotolar - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO