Peruda dəhşətli qatar QƏZASI – Ölən və yaralananlar var – VİDEO

Peruda dəhşətli qatar QƏZASI – Ölən və yaralananlar var – VİDEO

Hazırda oxunan: Peruda dəhşətli qatar QƏZASI – Ölən və yaralananlar var – VİDEO
588291
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Peruda qədim İnka şəhəri Maçu-Pikçu istiqamətində hərəkət edən iki sərnişin qatarı toqquşub.

Bizim.Media xəbər verir ki, bu barədə Peruya məxsus RPP radiostansiyası məlumat yayıb.

Polisin verdiyi məlumata görə, toqquşma nəticəsində əcnəbilər də daxil olmaqla 30-dan çox insan yaralanıb, qatarlardan birinin maşinisti isə həlak olub.
 

Hazırda polis və dəmir yolu işçiləri sərnişinlərin təxliyəsini həyata keçirir. Sərnişinlərin bir hissəsi dəmir yolunun yaxınlığında baqajları ilə birlikdə təhlükəsiz əraziyə çıxarılıb.


Hadisə yerinə üç boş vaqon, həmçinin tibbi briqadalarla təchiz olunmuş 12 təcili yardım avtomobili göndərilib.

Kusko bölgəsinin qubernatoru qəzanın baş verdiyi əraziyə səfər edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO