ABŞ Türkiyədən qaçaq yolu ilə çıxarılan 41 tarixi artefaktı geri qaytardı - FOTO

ABŞ Türkiyədən qaçaq yolu ilə çıxarılan 41 tarixi artefaktı geri qaytardı - FOTO

Hazırda oxunan: ABŞ Türkiyədən qaçaq yolu ilə çıxarılan 41 tarixi artefaktı geri qaytardı - FOTO
584581
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ, qaçaqmalçılıq yolu ilə Türkiyədən çıxarılan 41 ədəd tarixi sənət əsərini ölkəyə geri qaytarıb.

Bizim.Media xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Bildirilir ki, əsərlərin ümumi dəyəri 8 milyon dollardan çoxdur.

Artefaktların təhvil verilməsi mərasimi Nyu-Yorkun Manhetten dairə prokurorluğu tərəfindən təşkil edilib. Tədbirdə Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Gökhan Yazğı və yerli rəsmilər iştirak ediblər.

Qeyd olunub ki, geri qaytarılan artefaktlar beynəlxalq birgə araşdırma nəticəsində qaçaqmalçılardan müsadirə edilib. Bu fakt iki ölkə arasında sənət əsərləri qaçaqmalçılığı ilə mübarizədə əməkdaşlığın əhəmiyyətini göstərir.

ABŞ Türkiyədən qaçaq yolu ilə çıxarılan 41 tarixi artefaktı geri qaytardı - FOTO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO