Zelenski ABŞ-dakı keçmiş səfiri özünə müşavir təyin etdi

Zelenski ABŞ-dakı keçmiş səfiri özünə müşavir təyin etdi

Hazırda oxunan: Zelenski ABŞ-dakı keçmiş səfiri özünə müşavir təyin etdi
583191
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-dakı keçmiş Ukrayna səfiri Oksana Markarovanı Ukraynanın bərpası və investisiyalar üzrə öz müşaviri təyin edib.

Bizim.Media xəbər verir ki, bu barədə Zelenski Telegram-da yazıb.

“Bu gündən etibarən Oksana Markarova dövlətimizə Ukraynanın bərpası və investisiyalar məsələləri üzrə mənim müşavirim kimi kömək etməyə davam edəcək”, – prezident bildirib.
 

O, qeyd edib ki, artıq 4 ildir Ukrayna Rusiya aqressiyasına qarşı mübarizə aparır, buna görə də əsas vəzifə ölkəni lazım olan silahlarla, HHM sistemləri ilə və daxili dayanıqlıq üçün kifayət qədər resursla təmin etməkdir. Lakin Ukraynanın gündəlik olaraq sağ qalması üçün görülən işlərlə yanaşı, uzunmüddətli məqsəd də mövcuddur – müharibə bitdikdən sonra Ukraynanın yenidən qurulmasını və normal iqtisadi inkişafın bərpasını təmin etmək. Prezident vurğulayıb ki, bu, Ukrayna hökuməti, bütün institutlar və Ukrayna biznesi üçün mühüm vəzifədir.


“Sevinirəm ki, Oksana dövlət komandasında qalır və onun yeni vəzifələri Ukraynanı gücləndirən məsələlər üzrə məsləhətləşmələri əhatə edəcək – yəni daha yaxşı biznes mühiti, dövlətimizin maliyyə dayanıqlığının artırılması, investisiyaların cəlb edilməsi və strateji tərəfdaşlarımızla birlikdə bərpa planlaşdırılması”, – Zelenski əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO