ABŞ-da keçirilən görüşlə bağlı KİYEVDƏN AÇIQLAMA

ABŞ-da keçirilən görüşlə bağlı KİYEVDƏN AÇIQLAMA

Hazırda oxunan: ABŞ-da keçirilən görüşlə bağlı KİYEVDƏN AÇIQLAMA
583179
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukrayna xarici işlər nazirinin birinci müavini Sergey Kislitsya ABŞ-da danışıqların başlanmasını uğurlu adlandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Kislitsya X sosial media platformasında məlumat verib.

"Hazırkı görüşün başlanğıcı uğurludur. Çox maraqlı və konstruktiv keçir. Potensial mütərəqqi nəticəyə şərait yaradan isti atmosfer, əla liderlik", - deyə XİN müavini əlavə edib.

O, Cenevrədə olduğu kimi, bu dəfə də ABŞ nümayəndə heyətinin öz baxışını təqdim etmə tərzini yüksək qiymətləndirib.

Qeyd edək ki, noyabrın 29-da Ukrayna nümayəndə heyəti sülh planını müzakirə etmək üçün ABŞ-a yola düşüb. Mayamidə danışıqlar bu gün başlayıb və hazırda davam edir. Məlumdur ki, ABŞ Ukrayna ilə sülh planının iki əsas bəndi - ərazi məsələləri və təhlükəsizlik təminatları üzrə bütün mübahisələri bir gün ərzində həll etmək istəyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO