Ukrayna ordusu bu yaşayış məntəqəsini işğaldan azad etdi - VİDEO

Ukrayna ordusu bu yaşayış məntəqəsini işğaldan azad etdi - VİDEO

Hazırda oxunan: Ukrayna ordusu bu yaşayış məntəqəsini işğaldan azad etdi - VİDEO
583086
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukrayna Silahlı Qüvvələri Dnepropetrovsk vilayətindəki İvanovkanı tam nəzarətə götürüb.

Bizim.Media xəbər verir ki, bu barədə “Deep State” yazıb.

Belə ki, Ukrayna ordusu kənddə genişmiqyaslı əməliyyat keçirərək bütün yaşayış məntəqəsini rus qüvvələrindən təmizləyib.

Məlumatda bildirilir ki, əməliyyat zamanı 53 işğalçı məhv edilib, daha 19 nəfər isə əsir götürülüb. Kəndin ətrafında aparılan kəşfiyyat və mövqe döyüşləri bir neçə gün davam edib.

Ukrayna bölmələri yaşayış məntəqəsindəki son müqavimət ocaqlarını da zərərsizləşdirib və bu ərazidə tam nəzarət bərpa olunub.

Hərbi analitiklər bildirirlər ki, İvanovkanın azad edilməsi bölgədə cəbhə xəttinin sabitləşməsi və logistik üstünlük baxımından mühüm addımdır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO