Qərb Putinin yanına gəlib baş əyməlidir - Rusiya Dövlət Dumasının sədri

Qərb Putinin yanına gəlib baş əyməlidir - Rusiya Dövlət Dumasının sədri

Hazırda oxunan: Qərb Putinin yanına gəlib baş əyməlidir - Rusiya Dövlət Dumasının sədri
578045
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qərb Rusiya Prezidenti və Ali Baş Komandan Vladimir Putinin yanına gəlib baş əyməlidir ki, Rusiya nüvə enerjisi qurğusu ilə təchiz edilmiş “Poseydon” sualtı aparatından istifadə etməsin.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin plenar iclasda bəyan edib.

“Burevestnik’in yaradılması “Poseydon”un sınaqlarını keçirməyə imkan verdi. Bu silahın dünyada analoqu yoxdur. Prezident layihənin həyata keçirilməsini əvvəldən axıra qədər izləyirdi və bu gün nəticəni görürük. İndi bizə zərər vurmağa çalışan xaricdəki qüvvələr təkcə bu silahın tətbiq edilməməsi üçün baş əyib Ali Baş Komandanımızın yanına getməyə hazır olmalıdırlar”, – deyə Volodin bildirib.

O, qeyd edib ki, heç kim layihənin gerçəkləşəcəyinə inanmırdı: “Prezident inanırdı, hər şeyi nəzarətdə saxlayırdı. Ən müasir və güclü silah yaradılıb”, – Duma sədri əlavə edib.

Xatırladaq ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin hərbçilərlə görüş zamanı Rusiyanın guya nüvə enerjisi qurğusu ilə təchiz edilmiş pilotsuz “Poseydon” sualtı aparatını uğurla sınaqdan keçirdiyini demişdi. Onun sözlərinə görə, bu aparat “Sarmat” qitələrarası raketindən qat-qat güclüdür.

Sonradan Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bəyan edib ki, “Poseydon” “qiyamət günü silahı” kimi nəzərdən keçirilə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO